Dünya qumardı əzəlindən
Heç kimədə qalmayacaqdı
Şansını verdinsə əlindən
Bir daha şans olmayacaqdı

Sevgi və hicranda qumardı
Sonda udarsan,uduzarsan
Ömrümüzün yolları vardı
Çaşsan o yollarda azarsan

Dünyaya bir gün gələn insan
Heçnə bu dünyadan aparmaz
Sən ya nökər ol yada ol xan
Mən də o da səndə qumarbaz

Vaxt olur ən ağrılı yerdən
Dost tərəfindən vurulursan
Əldə zəif kart ilə hərdən
Oynamağa məcbur olursan

Yox nəsə birşey uduş adda
Hər kəsə bir bəxti yazan var
Təkcə ölümdür ki həyatda
Onda udan yox uduzan var

Udsan oyunda sənə əhsən
Hətta uduzsan belə yanma
Meydana girdinsə əgər sən
Axra qədər oyna dayanma

Nəqarət

Həyat əfsus ki qumar kimidi
Yəni risk etməyən udmaz
Bu zaman hər kəsin hakimidi
Ötən an birdə qayıtmaz

Həyat əfsus ki qumar kimidi
Kimə on xal kimə üç tuz
Bu zaman hər kəsin hakimidi
Etibarsız və hüdudsuz


...

Недавно прослушал

0 Комментарии
    Комментариев не найдено

:: / ::
::
/ ::

Очередь