• 1
  • 0
  • 0
  • 0
  • 0

Music by Deli Yazar performing Gedenlerin Xatirine`
► Lyrcs Deli Yazar

Yazıram bu şərqini yaş tökülə ləblərinə
Həyat öyrətdi məni, qara gözlüm, həsrətinə
Daha incitmir məni gedənlərin ağrıları
Yandırıram bir papiroz gedənlərin xatirinə

Xarab olmuş ürəyim sahi niyə?!
Cavabın bilmirəm, onun üçün doldur, saqi, meyə
Daha ağlamır deyən, gözlərim də yorğun olub
Bu səbəbdən tökülür göz yaşım həp daxilimə

Dedim ki, cəhənnəm olsa yerinin talibiyəm
Dedi, "yox, mən taparam cənnətinə yar eləyən"
Bu qədər yar var ikən bu dünyada, ey qədərim !
Məni niyə yar elədin, yarların ən zaliminə?!

Nə qədər dərd elədim, günahlar da səndə deyir
Çəkməlisən nazımı gözlərinin üstündə deyir
Qaldırıb əllərimi yalvarıram Allaha
"Mən verirəm dərdini və çəkməlidir bəndə"- deyir

2x
Alıram əlimə kağızı qələmi,
Qərarım qətidir,elə bil
Silirəm deyəsən hər kəsi
Daha yoxdur heç bir tələbim

Yazaraq bu şərqini yaş tökürəm zənn eləmə
Toplamışam ağrıları mən bu həyat zəmbilimə
Ürək də ağrımır artıq hər dəfə, uzaq başı
Yandırıram bir papiroz gedənlərin xatirinə

Gedən gedir, yoxluğuna mən yaradım xariqələr
Gedənlə ümid gedir, gəlir ağrı sarı mənə
Vallah, incimirəm, var bir kiçik ricam
Gedəndə məktub atın ara bir bari mənə

Qaldırıram bu badəni gedənlərin xatirinə
Məni qoymuş yarıyol xəyalların qatilinə
Eyb eləməz, onsuz deyirəm unutmuşam
Madəm ki, unutmuşam göz yaşım bəs axır niyə

Bilmirəm axır niyə, doldurun çaxır mənə
Qaldırın badələri mən deyəcəm içək nəyə
Bizi tərk edənlərə, ya da və sairinə
Qaldırın badələri gedənlərin xatirinə

2x
Alıram əlimə kağızı qələmi,
Qərarım qətidir,elə bil
Silirəm deyəsən hər kəsi
Daha yoxdur heç bir tələbim
0 Комментарии
    Комментариев не найдено

:: / ::
::
/ ::

Очередь