Sözlər
Mən ona qalmışam həsrət,
Onunsa yox xəbəri.
Tərk eləyib gedə bilməyirəm,
Sən yaşayan şəhəri.
Səninlə açırdım hər bir səhəri,
Sənsiz açılan hər səhərim zəhər olsun.
1- Bənd
Sənə doğrularla gəldim,
Mən sevən qədər sən sevmədin.
Sənə görə çox şeydən keçdim,
Ama sən bir nəfsini keçmədin.
Daha xeyri nədir gəlməyinin,
Daha xeyri nədir sevməyinin.
Olan oldu baş verdi hadisə,
Zamanında bir yerdə indi isə...
Deyirəm Hardan bilsin.
Mən ona qalmışam həsrət,
Onunsa yox xəbəri.
Tərk eləyib gedə bilməyirəm,
Sən yaşayan şəhəri.
Səninlə açırdım hər bir səhəri,
Sənsiz açılan hər səhərim zəhər olsun.
2 - Bənd
Həyatımda birinə inandım..
Kaş inanmazdım, inanıb yanıldım.
Günahım var bilirəm, sənə niyə aldandım.
Mənə hələ bu da azdır, bundan betər olsun...
Nəqarət
Mən ona qalmışam həsrət,
Onunsa yox xəbəri.
Tərk eləyib gedə bilməyirəm,
Sən yaşayan şəhəri.
Səninlə açırdım hər bir səhəri,
Sənsiz açılan hər səhərim zəhər olsun.